Sizə zəng etmək üçün əlaqə nömrənizi saxlayın
Grand Palace yaşayış kompleksin tikintisində ancaq və ancaq keyfiyyətli məhsullarla işləməyi tələb edən peşəkar inşaatçılar iştirak edirlər
İşini bilən və sevərək icra edən xidmət personalı,"hər kəsə individual yanaşma" prinsipinə əsaslanaraq sizlərə xidmət edəcək
Zaman sizlər üçün ən dəyərli amil bilmişik. Önümüzə qoyduğumuz dəyərlərin ən başında zaman durur.
Satış şərtləri və layihə haqqında ətraflı məlumat almaq üçün bizə zəng etməyiniz kifayətdir
Ən yüksək həyat standartlarına cavab verməklə yaşam tərzinizə yeni nəfəs qatan Grand Palace premium səviyyəli yaşayış kompleksidir. Müasir memarlıq strukturu istirahət üçün geniş imkanlar təklif edən nüfuzlu yaşayış kompleksində sizin rahatlığınız üçün bütün şərtlər təmin edilib. Grand Palace yaşayış kompleksi müştərilərinə sərfəli qiymətlərlə yüksək keyfiyyətli yaşam standartları vəd edir. Həmçinin, “Qış parkı”na 90 metr, şəhər mərkəzinə isə 200 metr məsafəlik yerləşmə mövqeyi ilə rahat şəhər yaşayış zonası standartlarına tabe olur. 15 mərtəbəli 2 binadan ibarət olan Grand Palace müasir şəhərsalmanın ən uğurlu tikinti layihələrindən biridir. Yüksək zövqlə işlənmiş və izolyasiya edilmiş neoklassik üslublu fasad binanın əzəmətli görünüşünü tamamlayır. 3.60 metr hündürlüklü mənzillərdən ibarət kompleks sakinlərin rahatlığı üçün bütün detallarla təmin edilmiş, texnoloji tərəqqinin ən son yeniliklərindən olan yüksək sürətli İsveçrə brendi "Schindler" markasına məxsus liftlərlə təmin edilib. Blokların girişi, mərtəbələr arası dəhlizlər, pilləkənlər İtaliya və Hindistan istehsalı mərmər daşlarla tamamlanmışdır. Premium səviyyəli yaşayış standartlarına uyğun olaraq kompleksin ərazisində 3 mərtəbəli ticarət mərkəzi, kinoteatr, restoranlar, fitnes & spa mərkəzi, hipermarket, üzgüçülük mərkəzi mövcuddur. 2 mərtəbəli yeraltı dayanacaq sizi parketmə problemlərindən tamamilə azad edəcək. Alman istehsalı olan Schuco markalı yüksək keyfiyyətli pəncərələrinizdən dənizkənarı bulvar və Xəzər dənizinə açılan panorama zövqünüzü oxşayacaq. Təklif etdiyimiz kompleks yüksək ixtisaslı memar konstruktorlar tərəfindən layihələndirilmişdir. GRAND PALACE – Layiq olduğunuz həyat!